Ərdoğan: Afrin Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır

Döyüşdə 46 əsgər həlak olub, 225 əsgər yaralanıb

Source:
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan


Döyüşdə 46 əsgər həlak olub, 225 əsgər yaralanıb

Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələrinin Afrin şəhərini tamamilə nəzarət altına aldığı bildirilir.

Türkiyə mətbuatı yazır ki, prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə keçirilən dövlət bayramı mərasimində bu barədə

məlumat

verib.

Türkiyə Silahlı Qüvvələrinin yaydığı

məlumat

da isə bildirilir ki, yanvarın 20-dən başlanan hərbi əməliyyatda indiyə qədər 46 əsgər həlak olub, 225 əsgər yaralanıb, 3603 terrorçu öldürülüb.

Suriyanın şimal-qərbindəki Afrin bölgəsi bugünə qədər PKK-YPG-PYD-İŞID dəstələrinin nəzarətində olub. Türkiyə hökuməti onları terrorçu saydığından sərhədlərinə təhlükə hesab edirdi. Afrin döyüşlərində Suriya Azad Ordusunun əsgərləri də iştirak edib.

Ana səhifəXəbərlərƏrdoğan: Afrin Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır