Ərdoğan: ABŞ-a səslənirəm, Pensilvanyadakı bu zatı artıq Türkiyəyə təslim edin

Source:

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Con Kerri: Bir daha Türkiyə hökumətinə bildiririk ki, nəsə əldə etmək istəyirlərsə, əvvəlcə Gülənlə bağlı dəlilləri bizə təqdim etməlidirlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanlarla görüş zamanı “edam istəyirik” şüarlarına “Şübhəsiz ki, hər bir tələbin dəyərləndirilməsi, müzakirə olunması demokratik ölkələrdə bir gerçəklikdir. Bu məsələlər parlamentdə dəyərləndirildiyindən başqa bir yerdən izn almağa ehtiyac yoxdur”-deyə reaksiya verib.

Bu barədə məlumatı

Hurriyet.com.tr

  yayıb.

Prezident daha sonra ABŞ prezidenti Barak Obamaya səslənərək Fətullah Gülənin təhvil verilməsini istəyib: “Pensilvaniyadakı 400 hektar ərazidə oturan bu zatı ya deportasiya edin, ya bizə təslim edin. Amma dinləmədilər. Yenə deyirəm, çevriliş cəhdindən sonra təkrar səslənirəm. Pensilvanyadakı bu zatı artıq Türkiyəyə təslim edin. Əgər biz strateji müttəfiqiksə, tərəfdaşınızın bu tələbi yerinə yetirin. Siz bizdən hansı terroristi istədiniz, təslim etdik, indi terrorçu siyahımızda yer alan bu zatı da bizə təslim edin”.

Hadisələr zamanı dünyasını dəyişən polislərə rəhmət diləyən Rəcəb Təyyub Ərdoğan deyib ki, son hadisələri törədənlər  Silahlı Qüvvələr içərisində azlıqda qalan qrupdur, Silahlı Qüvvələrin özü deyil: “Silahlı Qüvvələrimizdə təmizləmə işi gedir”.

Hazırda Lüksemburqda olan ABŞ dövlət katibi Con Kerri jurnalistlərə bildirib ki, Ankara  Gülənin təslim edilməsiylə bağlı  rəsmi müraciət etməyib.

“Biz təxmin edirik ki, bizə Gülənlə bağlı müəyyən suallar ünvanlanacaq. Biz həmişə olduğu kimi, bir daha Türkiyə hökumətinə bildiririk ki, nəsə əldə etmək istəyirlərsə, əvvəlcə Gülənlə bağlı dəlilləri bizə təqdim etməlidirlər”,-deyə dövlət katibi bildirib.

Ana səhifəXəbərlərƏrdoğan: ABŞ-a səslənirəm, Pensilvanyadakı bu zatı artıq Türkiyəyə təslim edin