Epidemiya əleyhinə rejimi pozanlar həbs oluna bilər

Cinayət Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Source:


Cinayət Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına, xəstəliklərin yayılmasına səbəb olan şəxslər azadlıqdan məhrum oluna bilərlər.

Prezident İlham Əliyev bunu özündə ehtiva edən Cinayət Məcəlləsinə dəyişiklikləri

təsdiqləyib.

Cinayət Məcəlləsinə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ana səhifəXəbərlərEpidemiya əleyhinə rejimi pozanlar həbs oluna bilər