Ənvər Seyidovun oğlu İTV-də departament direktoru təyin edildi

İctimai Televiziyada yeni təyinatlar aparılıb

Source:
Ənvər Seyidov foto sosial şəbəkə
Ənvər Seyidov foto sosial şəbəkə


İctimai Televiziyada yeni təyinatlar aparılıb

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

Qurumun İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 4-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında şirkətin baş direktoru Balakişi Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.

Yayım Şurasının qərarı ilə Rəhim Bağır oğlu Həmidov baş direktorun müavini, Günel Aslan qızı Osmanova Kadrlar və xüsusi işlər departamentinin direktoru, Könül Arif qızı Şükürova Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Mehmandar Ənvər oğlu Seyidov Hüquq departaentini direktoru, Məmmədəli Nazim oğlu Məmmədov Radionun proqram direktorluğu departamentinin direktoru, Kənan Eldar oğlu Hakimov İdman departamentinin direktoru, Minijə Cəmşid qızı Cəfərli isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

Adının açıqlanmasını istəməyən İTV əməkdaşının sözlərinə görə, təyinatlar xeyli vaxt əvvəl verilib, yalnız indi rəsmiləşdirilib. Departament direktorlarından Könül Şükürova prodüsser, bəstəkar kimi tanınan Murad Arifin bacısıdır. Mənbə əvvəllər İTV-də aparıcılıq edən Könül Arifqızının qardaşına görə bu vəzifəyə gətirildiyini deyir: “Murad Balakişi Qasımovla dost olduğu üçün bacısına vəzifə verildi”.

Minijə Cəfərli isə ANS-in Proqram departamentində çalışıb. Mənbənin sözlərinə görə, o, bu vəzifəyə B.Qasımovun televiziya üzrə müavini Murad Hüseynovun məsləhəti ilə gətirilib.

Hüquq departamentinə direktor təyin edilən Mehmandar Seyidov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun oğludur. Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. Sonuncu yadda qalan proseslər sırasında onun gənc fəal

Qiyas İbrahimi

10 il azadlıqdan məhrum etməsi haqda prosesə hakimlik etməsi idi.

Son aylarda

İTV

-də kütləvi ixtisarların aparılmasına dair məlumatlar var.

İxtisara düşənlər arasında AzTV sədri Arif Alışanovun göstərişi işini itirənlərin olduğu da deyilir. Onlardan biri –

İsmayıl Balacanov

şəkər xəstəliyindən əziyyət çəkir, öhdəsində azyaşlı, əlilliyi olan uşaq var. Anası isə onkoloji xəstədir. Ailənin yeganə qazanc gətirən üzvüdür.

Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin qurtarması halları istisna olmaqla, işəgötürənin tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Ana səhifəXəbərlərƏnvər Seyidovun oğlu İTV-də departament direktoru təyin edildi