18.50. Ənnağı Hacıbəyli bir sıra yerli və xarici QHT-lər barəsində iş üzrə şahid qismində dindirilib. Bu barədə “Turan İA”-a o özü bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi QHT-nin hesabları da dondurulub. Dindirildikdən sonra Hacıbəyliyə bildirilib ki, onu yenə istintaqa çağıracaqlar.
————————————————————–
O, bir sıra yerli və xarici QHT-lər barəsindəki cinayət işi ilə əlaqədar dindirilir
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli sentyabrın 30-da Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Onu vəkil Anar Qasımlı müşaiyət edir. Hazırda onlar prokurorluqdadırlar.
“Turan İA” güman edir ki, Ənnağı Hacıbəyli bir sıra yerli və xarici QHT-lər barəsindəki cinayət işi ilə əlaqədar prokurorluğa çağırılıb.