Əngəllilərin çətin seksual həyatı

O mənada yox, mən sevib-sevilmək istəyirəm…

Source:



Elə qadınlardan danışırdıq ki, birdən dayəsi gülə-gülə dedi ki, onun qadınlarla fiziki yaxınlıq problemi yoxdur. Əmin olmaq üçün soruşdum ki, yəni intim yaxınlıq edir qadınlarla? Cavab verdi ki, elədir ki, var. Anasına hansısa həkim cinsi əlaqənin oğlunun sağlığı üçün faydalı və vacib olduğunu bildirib. Ondan sonra həftədə 3 dəfə evlərinə müəyyən pul qarşılığında qadın gəlir.

Böyük Britaniyanın sayca 40-cı baş naziri, eyni zamanda yazıçı Benjamin Disraeli demişdi ki, hamımız sevgi-məhəbbət üçün doğuluruq, bu, varlığın prinsipi və yeganə məqsədidir. Sevginin böyüklüyü və müqəddəsliyi ilə bərabər yaşam-varlıq fəlsəfəsinə dəlalət olunan bu ifadələr həyat gerçəyinin özüdür. Yəni sevgi ağ-qara həyatı rəngləyən boyalar kolleksiyasıdır.

Bu yaxında 20 yaşında doğuşdan əngəlli bir oğlanla tanış oldum. Əlil arabasından istifadə edən oğlanın hətta əllərində də məhdudiyyət vardı. Dayəsi onun çox tənbəl, hər şeydən narazı və naşükür olduğunu söylədi. Həmin gənclə bir xeyli söhbət elədim, zarafat edib, kefini açdım. Dərdini, narazılığının səbəbini soruşanda, etiraf elədi ki, qıza ehtiyacı var. Əvvəlcə elə zənn etdim ki, o, bu etirafla cinsi təlabatını nəzərdə tutur. Hətta dayəsini kənara çəkib, demək istəyirdim ki, bəs oğlanın valideynlərini bir yolla başa salsın ki, oğullarının arzularını yerinə yetirmək üçün pullu xidmətdən istifadə etsinlər. Çünki oğlanın özü çox çəkingən idi. Öz iradəsi hesabına o məqama tezliklə yetişmək ixtiyarında olan adam təəssüratı bağışlamırdı.

Elə qadınlardan danışırdıq ki, birdən dayəsi gülə-gülə dedi ki, onun qadınlarla fiziki yaxınlıq problemi yoxdur. Əmin olmaq üçün soruşdum ki, yəni intim yaxınlıq edir qadınlarla? Cavab verdi ki, elədir ki, var. Anasına hansısa həkim cinsi əlaqənin oğlunun sağlığı üçün faydalı və vacib olduğunu bildirib. Ondan sonra həftədə 3 dəfə evlərinə müəyyən pul qarşılığında qadın gəlir.

Bunu eşidəndə çox sevindim. Birinci ona görə ki, bizim qapalı cəmiyyətdə övladını bu dərəcədə yüksək qayğı ilə fikirləşən valideynlər azdır. İkinci isə həmin gənc oğlanın sağlığı və psixologiyasına yaxşı təsir edən vasitədən lazımınca faydalanması xoş xəbər idi. Düzdür, belə başqa valideyn də tanıyırdım. Yataq şəraitindəki əlilliyi olan oğluna atası gecə vaxtı xəstəxanaya xüsusi qadın gətirirdi. Bu da sırf sağlamlıq üçün atılan addım idi.

Qeyd edim ki, inkişaf etmiş ölkələrdə, xüsusilə Avropanın bəzi ölkələrində hökümət əlilliyi olan subay şəxslər üçün pulsuz intim xidmət göstərən qadın və kişilər təşkil edir. (Məsələn İsveçrə, Hollandiya və s.)

Mənim valideynlərim isə elə hesab edirlər ki, mən yataqda acizəm və gələcəkdə evlənməyimi ağlabatan saymır, yaxşı addım hesab etmirlər. Oxumuş və ali təhsilli olmalarına rəğmən bu sahə üzrə bilgisizdilər. Bu barədə həkimlərdən də heç nə soruşmayıblar. Heç mənim yazılarımı da oxumurlar. Oxusaydılar, maraqlansaydılar, bilərdilər. Çünki bəzi məqalələrimdə əlilliyi olan insanların intim həyatından yazmışam. Özləri bilər, onlardan gözləntim yoxdur. Mən sərbəstəm, canları sağ olsun.

Nə isə. Həmin gənc oğlana dedim ki, heç bir əlilliyi olmayan subay şəxslər belə həftədə 1 dəfə sənə nəsib olanı dadmır, nədən narazısan? Cavab verdi ki, mən hansısa qızla sevgili olmaq, sevib-sevilmək istəyirəm. Əgər bu baş versə, həftəlik intim yaxınlığı yığışdıracam. Mənim o mənada qıza ehtiyacım var. Sevgi birinci plandır.

Bəli, sevgi yaşamağa həvəs verir, onsuz biz özümüzü yarımçıq hiss edirik. Həmin gəncə və hər kəsə xeyirli eşq həyatı arzu edirəm. İntim əlaqə nə qədər immunitetə və psixologiyaya faydalı olsa da, məhəbbətin sehrli təsiri qədər möhtəşəm ola bilməz.

Sevgilər…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəƏngəllilərin çətin seksual həyatı