Əmtəə dövriyyəsi sürətlə azalır

Azalma ticarət əməliyyatlarına mənfi təsir edib

Source:


Azalma ticarət əməliyyatlarına mənfi təsir edib

Bu ilin 4 ayında Azərbaycanın dünyanın 122 ölkəsi ilə xarici ticarət dövriyyəsi 9,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövründəkindən 14,4% azdır. Azərbaycan karbohidrogen ixracı, qara metal və nəqliyyat vasitələri tədarükünü azaldıb. Bu, ticarət əməliyyatlarına mənfi təsir edib.

Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan əmtəə ixracı ($7 156,1 mln) 15% azalıb. Xam neft ixracı ($6 148,5 mln) 12,6%, neft məhsulları ixracı ($328,3 mln) – 20,3% və qaz ixracı ($175,8 mln) – 51,8% azalıb. İlin əvvəlindən ixracatda neft və qazın payı 92,97% olub.

Bu ilin yanvar-aprelində 2 mlrd 734,7 mln dollar qiymətində mal idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 13% azdır.

Qara metal ($265,4 mln) və nəqliyyat vasitələri ($252,8 mln) idxalı 36,3% və 26% azalıb. Ərzaq idxalı ($339,4 mln) pul ifadəsində 6,9% artıb.

İdxal portfelində investisiya təyinatlı mallar (maşın, avadanlıq, elektrik cihazları və s) üstünlük təşkil edir – $893,7 mln və ya 32,6%.

Xarici ticarət dövriyyəsinin müsbət saldosu $4 421 mln təşkil edib (Turan İA).

Ana səhifəXəbərlərƏmtəə dövriyyəsi sürətlə azalır