Fransa Prezidenti İlham Əliyevi səfərə dəvət edib
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda E.Makron İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edərək,
növbəti illərdə də ikitərəfli əlaqələrin inkişaf etdirmək arzusunda olduğunu bildrib.
“Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacaq. Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm”.
Aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilib. Rəsmi məlumata görə, İlham Əliyev 86,3 faiz səslə qalib gəlib.