Əminə Hacıyeva: Azərbaycan hökumətinə inamımız itə bilər

”Biz hamımız yaxşı bilirik ki, həyat çarxı-fələkdir”

Source:
Əminə Hacıyeva foto sosial şəbəkə
Əminə Hacıyeva foto sosial şəbəkə
Əminə Hacıyeva foto sosial şəbəkə
Əminə Hacıyeva foto sosial şəbəkə


”Biz hamımız yaxşı bilirik ki, həyat çarxı-fələkdir”

Oktyabrın 10-da məhkəməsi davam etdirilən Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva iclasdan sonra jurnalistlərə açıqlama verib.

Meydan TV-nin məlumatına görə, Əminə Hacıyeva jurnalistlərə açıqlamasında qardaşının günahsız olduğunu deyib:

“Cahangir Hacıyevin günahsız olduğunu hər kəs bilir. Əgər məhkəmə ədalətli qərar verməsə, bizim Azərbaycan dövlətinə olan inamımız itəcək. Qərar ədalətli olmalıdır. Çünki hamı çox gözəl bilir ki, heç kimdə təqsir yoxdur. Ona görə də heç kim heç bir sənəd təqdim etmədi, heç kim sübut gətirmədi. Çünki bu, belə düzgün deyil. Heç vaxt demək olmaz ki, qatıq qaradır. Onsuz da illər keçəcək, biz hamımız yaxşı bilirik ki, həyat çarxı-fələkdir. Bu gün burda olan adam sabah gedir o biri yerə. Heç kim “mənəm-mənəm” deməsin. Bu işdə qara əməllərini yetirən insanlar Allahdan öz paylarını alacaqlar. Mən buna yüz faiz əminəm. Biz bütün ömrümüzü belə yaşamışıq, uşaqlara nağıl oxuyurduq ki, xeyir həmişə şər üzərində qələbə qazanır. Mən onsuz da əminəm ki, xeyir şər üzərində qələbə qazanacaq. Onsuz həyat ola bilməz. Belə olsa, dünya batardı. Əgər yaxşılıq pisliyə üstünlük gəlməsə idi, onda dünya gərək neçə əsr əvvəl batardı”.

Ana səhifəXəbərlərƏminə Hacıyeva: Azərbaycan hökumətinə inamımız itə bilər