Vəkil Adil İsmayılov narkotik satışında ittiham olunan Nazim Ağabəyovun heç bir cinayət törətmədiyini bildirib
Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun işi üzrə hazırlıq iclası keçirilib.
Vəkil Adil İsmayılov narkotik satışında ittiham olunan Nazim Ağabəyovun heç bir cinayət törətmədiyini bildirib. O, cinayət işinə xitam verilməsini istəyib.
Hakim vəsatətə baxılmasını dekabrın 24-ə qədər təxirə salıb.
Emin Milli bildirib ki, qaynını onun Meydan TV-dəki fəaliyyətinə görə şərləyərək həbs ediblər.