Emin Milli Praqa meri Tomas Hudeçeklə eyni kameraya salındı
Oktyabrın 14-də “People in Need” (“İnsan darda”) beynəlxalq təşkilatı tərəfindən Çexiyanın paytaxtı Praqada Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin müdafiəsinə yönəlmiş aksiya təşkil edildi. Şəhərin Müqəddəs Lyudmila kilsəsinin qarşısında, Miru meydanında təşkil edilən aksiyada Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərə dəstək olaraq rəmzi həbsxana quruldu. Məhbuslara dəstək olmaq istəyənlər bu rəmzi həbsxanaya girərək bir neçə dəqiqə orda qalıblar. Onların arasında Praqanın meri Tomas Hudeçek və Meydan TV-nin təsisçisi Emin Milli də olub.
Aksiyada hüquq müdafiəçisi Vüqar Qocayev, PİN-in direktoru Simon Panek Azərbaycandakı insan haqqları ilə bağlı məlumat veriblər.