Emin Milli Meydan TV-nin seçki saxtakarlığı reportajı haqqında açıqlama yaydı

“Əgər bu gün jurnalist olmaq cinayətdirsə, həqiqəti göstərmək cinayətdirsə, onda biz cinayətkarlarıq”

Source:


“Əgər bu gün jurnalist olmaq cinayətdirsə, həqiqəti göstərmək cinayətdirsə, onda biz cinayətkarlarıq”

Meydan TV-in reportyoru Cavid Abdullayevin 15 saylı Yasamal rayon seçki dairəsinin 12 saylı məntəqəsində baş verənləri əks etdirən ”

Seçki məntəqəsində əlbəyaxa

” başlıqlı reportajı böyük ajiotaj doğurub. Hakimiyyətyönlü media orqanları süjetlə bağlı ən ağlabatmaz fikirlər bildirirlər, bəziləri reportajın bir gün əvvəl hazırladığını, hətta Meydan TV-in baş redaktoru Emin Millinin bu çəkilişlə 23 dekabr bələdiyyə seçkilərinə qarşı diversiya təşkil etdiyini belə yazırlar. Ancaq məntəqə sədri Gülmira Yusifovanın

açıqlaması

 tamam başqa mənzərə ortaya qoyub.

Bütün bunlarla bağlı Meydan TV-in baş redaktoru Emin Milli öz Facebook səhifəsində olayla bağlı açıqlama yayıb. Açıqlamanı Meydan TV-in oxucularına təqdim edirik.



Meydan TV peşəkarlığa əməl etməyə çalışan və heç bir siyasi qüvvəyə (nə hökumətə, nə müxalifət partiyalarına) işləməyən müstəqil və alternativ media platformasıdır. Müsavat Partiyası öz seçkilərini keçirdəndə də pozuntuları çəkib göstərdik, bu hökümət seçkiləri saxtalaşdıranda da vəziyyəti olduğu kimi göstəririk. Hər tərəfə öz fikirlərini ifadə etməyə imkan yaradırıq. Amma hökumət hesab edir ki, biz dövlət çevrilişi edirik. Bu absurd bir fikirdir. Çox təəssüf edirəm ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq bu gün cinayət sayılır. Əgər bu gün jurnalist olmaq cinayətdirsə, həqiqəti göstərmək cinayətdirsə, onda biz cinayətkarlarıq.

Ana səhifəXəbərlərEmin Milli Meydan TV-nin seçki saxtakarlığı reportajı haqqında açıqlama yaydı