Emin Milli Avropa Parlamentində çıxış etdi

Fevralın 6-da Avropa Parlamentində “Azərbaycan və Avropa Birliyi arasında münasibətlər: İnsan hüquqları qırmızı xalçanın altına salınır?” adlı müzakirələr keçirilib. Tədbir prezident İlham Əliyevin Brüsseldə Avropa Birliyi rəsmiləri ilə eyni vaxta salınıb.

Tədbirdə Meydan TV-nin rəhbəri Emin Milli də çıxış edib. O, toplantı iştirakçılarının diqqətinə söyləyəcəyi fikirlərini öncə Azərbaycan dilində canlı yayım vasitəsilə ölkə ictimaiyyətinə çatdırıb.

Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan KİV-in müzakirələrə qatılan şəxslərlə bağlı təbliğat apardığını, onları ermənilərə işləməkdə suçladığını diqqətə çatdıran Emin Milli deyib:

“Əliyev hökumətinin təbliğatçıları bu tədbiri ermənipərəstlər tərəfindən təşkil olunduğunu çatdırmaq istəyir. Guya biz ermənilərə işləyirik. Burada bütün yığılan adamların hamısı ermənilərə işləyir. Bu, çox kədərlidir əslində. Bu gün İlham Əliyevin özü də Brüsseldədir və bir çox Avropa Birliyi rəsmiləri ilə görüşür. Çox maraqlıdır, niyə İlham Əliyev müxtəlif fikirli insanlarla, ildə bir neçə dəfə Sarkisyanla görüşür, Heydər Əliyev Fondu erməni genosidini tanıyan Fransada kilsələri maliyyələşdirə bilir, SOCAR Gürcüstanda bütün kilsələrə, o cümlədən erməni kilsəsinə pulsuz qaz verir, amma biz heç kiminlə görüşüb fikrimizi çatdıra bilmərik?”

Azərbaycanda insan haqlarının vəziyyətindən, korrupsiya faktından, ötən əsrin 90-cı illərindən bəri ölkədən çıxarılmış 40 milyard dollarlıq vəsaitdən, bəzi avropalı parlamentarilərin Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmasından danışan Emin Milli Avropanı Qarabağ məsələsinə görə ikili yanaşmaqda da qınayıb.

Ana səhifəVideoEmin Milli Avropa Parlamentində çıxış etdi