Emin Hüseynovun harda olduğu bilinmir (yenilənib)

RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub

Source:


19.50. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bəzi KİV-lərdə RATİ-nin direktoru Emin Hüseynovun Amerika səfirliyində olması ilə bağlı yayılan məlumatları təkzib edib. “Emin Hüseynov bu gün ərzində Amerika səfirliyində olmayıb” –  deyə mətbuat xidmətindən “Turan İA”-a bildiriblər


***


RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovun Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparıldığı xəbəri yayılsa da, təsdiqlənmir.


Hazırda Emin Hüseynovun telefonu cavab vermir, yaxınlar da onun barəsində məlumatsızdır.

Meydan TV-nin RATİ-də olan əməkdaşının məlumatına görə, Emin Hüseynovun rəhbərlik etdiyi qurumda axtarış aparılır. Bir neçə gün əvvəl isə onun bank hesablarına həbs və ölkədən çıxışına qadağa qoyulması haqqında məlumatı yayıldı.

Ana səhifəXəbərlərEmin Hüseynovun harda olduğu bilinmir (yenilənib)