Emin Hüseynovun azad olunması ilə bağlı razılıq alınmayıb

Beynəlxalq aləm Azərbaycan məhkəmələrinin müstəqil araşdırma aparacağına inanmır

Source:


Beynəlxalq aləm Azərbaycan məhkəmələrinin müstəqil araşdırma aparacağına inanmır

Repotyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovla bağlı İsveçrə mediasında yayımlanan fikirlər və ardınca Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı bu yöndə müzakirələri aktuallaşdırıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Meydan TV-yə açıqlamasına görə, İlham Əliyev Davosda olarkən İsveçrə prezidenti onunla Emin Hüseynov barəsində müzakirə aparıb: “İsveçrə İctima televiziyasının bu barədə yaydığı xəbərdə deyilir ki, Azərbaycan prezidenti ölkədə heç kimə xüsusi münasibətin olmadığını və hamının azad fəaliyyət göstərdiyini vurğulayıb. Yəni hər şey qanunla tənzimlənir. İsveçrə tərəfi Hüseynovun azad olunmasını istəsə də, razılıq alınmayıb. Ona görə İsveçrə tərəfi məsələni ictimailəşdirdi”.

Amma Mehman Əliyev düşünmür ki, bu addımla İsveçrə hökuməti Emin Hüseynovu Azərbaycana təhvil verməyə çalışır: “Onlar Emini təhvil verməyə hazır deyil. Sadəcə, onun ölkədən çıxarılması və ümumiyyətlə, məsələnin həllini istəmişdilər. Ancaq problem hətta prezidentlər səviyyəsində həll olunmayandan sonra ictimailəşdirildi. Yəni qapalı danışıqlar nəticə verməyəndə, ictimailəşdirdilər”.

Mehman Əliyev ictimailəşdirmənin nəticəsinin olub-olmayacağı ilə bağlı suala konkret cavab verməyib: “Mən bunu bilmirəm. Amma İsveçrə tərəfi deyir ki, hüquq müdafiəçiləri üzərində keçirilən məhkəmələrdə pozuntular var. Bu, Azərbaycanda müstəqil məhkəmənin olmadığının göstəricisidir. Ona görə Emin Hüseynovla bağlı müstəqil şəkildə hüquqi araşdırma aparılacağına inanmırlar. Beynəlxalq aləm məsələni bu şəkildə qoyur və onun müdafiəsini davam etdirəcəklərini deyirlər”.

Ana səhifəXəbərlərEmin Hüseynovun azad olunması ilə bağlı razılıq alınmayıb