Emin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib

“Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olub”

Source:


“Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olub”

Hüquq müdafiəçisi Emin Hüseynov onu vətəndaşlıqdan məhrum edən Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Hazırda İsveçrədə mühacirətdə olan Hüseynov həbs ediləcəyindən ehtiyatlanaraq, 10 ay İsveçrənin Bakıdakı səfirliyində gizlənib.

İsveçrə XİN ilə uzunmüddətli danışıqlardan sonra Bakı Hüseynovun İsveçrə XİN rəhbəri Didye Burhalterlə birlikdə ölkədən getməsinə razılıq verib.

Ölkəni tərk etməzdən əvvəl Hüseynovdan Azərbaycan vətəndaşlığından imtina etməyi tələb ediblər. O, şikayətində bu addımı öz iradəsi ilə deyil, məcburiyyət qarşısında atdığını qeyd edib.

Bu, Avropa İnsan Hüquqları Konvensiyasının maddəsinin pozuntusudur.

“Məni vətəndaşlıqdan məhrum edən Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olmaq niyyətindədir”, deyə Hüseynov bildirib.

Avropa Məhkəməsində Hüseynovun hüquqlarını Açıq Cəmiyyət Təşəbbüsünün – Açıq Cəmiyyət Fondunun bir qolunun hüquqşünasları müdafiə edir.



Turan İA

Ana səhifəXəbərlərEmin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib