Emin Babayev sərbəst buraxılıb

Məhkəmə Babayevin polisə tabe olmamağın bir qismini haqlı sayıb

Source: google.az


Məhkəmə onu 200 manat cərimə edib

Səbail Rayon Məhkəməsi mayın 6-da ReAL Partiyasının üzvü Emin Babayevin sərbəst buraxılması haqda qərar çıxarıb.

Bu barədə Meydan TV-yə partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, məhkəmə Emin Babayevin 200 manat cərimə edilməsi qərarını çıxarıb:

“Məhkəmə Babayevin polisə tabe olmamağın bir qismini haqlı sayıb. Amma telefonla söyüş söyməsi təsdiqlənmədi. Polislərin ifadələri ziddiyyətli idi, bir-birini təkzib edirdi”.

N.Cəfərli apelyasiya şikayəti verəcəklərini söyləyib.

ReAl Partiyasının üzvü

Emin Babayev

mayın 4-də saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunmuşdu.

Ana səhifəXəbərlərEmin Babayev sərbəst buraxılıb