None

Mənbə: 

Emin Aslanın şikayəti təmin edilməyib

Hüquqşünas Meydan TV ilə bağlı dindirildiyini deyib

İyunun 8-də Bakı Apelyasiya Məhkəməsində hüquqşünas Emin Aslanın şikayətinə baxılıb. Onun həbsindən verilən şikayət təmin olunmayıb.

Emin Aslan məhkəmədə çıxışı zamanı bildirib ki, onu onu Meydan TV ilə bağlı dindiriblər. Əsasən kimin orada çalışması, nə qədər məvacib alması ilə maraqlanıblar. Emin Aslan biımədiyini, Meydan TV ilə əvvəllər əməkdaşlıq etdiyini, yalnız qurumun direktoru Emin Millini tanıdığını deyib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, həbs qərarında Emin Aslanın iyunun 4-də gecə saat 23:30-da Nərimanov adına istirahət parkında tutulduğu göstərilir:

“Qərara görə, guya, o, parkdan telefonla kiminləsə söhbəti zamanı söyüş söyüb. Polis söyüşlərin qarşısını almağa cəhd edəndə, o, söyüş söyməyə davam edib. Amma əslində Emin Aslanı iyunun 4-ü saat 17:30 radələrində “Park Bulvar”ın qarşısında tutulub aparılıb. Biz bunu təsdiq edən şahid ifadələri də təqdim etmişik”.

Vəkil deyib ki, onların məhkəmədə qaldırdığı 8 vəsatətdən heç biri təmin edilməyib.

Emin Aslan həbsindən bir neçə gün öncə ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdıb.

O, Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Nişanlısı ilə birlikdə ikən “Park Bulvar” yaxınlığında saxlanılan hüquqşünasın harada olması və vəziyyəti barədə onun yaxınları 1 sutkadan çox məlumat ala bilməyiblər.

İyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yug47q

Ən çox baxılan