Hüquqşünasa qadağanın DİN tərəfindən qoyulduğu bildirilirdi
Hüquqşünas Emin Aslanın ölkədən çıxışına qoyulan qadağa qaldırılıb. Məlumatı Meydan TV-yə Emin Aslanın özü verib.
Ötən ilin iyulun 18-də hüquqşünas
Emin Aslan
Gürcüstana gedərkən sərhəddə saxlanılmışdı.
Emin Aslan ona Daxili İşlər Nazirliyinin qadağa qoyduğunu bildirirdi:
"Bakı Beynəlxalq Hava Limanındaki sərhəd keçid məntəqəsinə yaxınlaşanda pasportumu yoxlayan sərhəd işçisi mənim ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Detalları dəqiqləşdirərkən məlum oldu ki, ölkədən çıxışıma qadağa Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Ölkəyə çıxışıma qadağa yeni deyil, belə ki, Amerikadan Bakıya qayıtdığım gün, 30 may 2018-ci ildə qoyulub".
Emin Aslan ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdandan sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Ötən ilin iyunun 5-də
Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.