Hüquqşünas polisə tabe olmamaqda günahlandırılır
Hüquqşünas Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka azadlıqdan məhrum edilib. O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilir.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
Emin Aslan
iyunun 4-də saat 17 radələrində “Park-Bulvar”ın qarşısından naməlum istiqamətə aparılıb. Yaxınlarının sözlərinə görə, onu 3 mülki şəxs “90 XG 017” nömrə nişanlı avtomobilə mindiriblər.
Hadisədən 30 dəqiqə sonra yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
Emin Aslan ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunudur. Həbsindən bir neçə gün öncə Bakıya qayıdıb.