”Emin Ağalarov amerikalı prokurorun suallarını cavablandırmağa borclu deyil”

Vəkil: ”Bu məsələ Amerika hakimiyyəti ilə müzakirə olunub”

Emin Ağalarov
Emin Ağalarov
Emin Ağalarov
Emin Ağalarov


Vəkil: ”Bu məsələ Amerika hakimiyyəti ilə müzakirə olunub”

Rusiyalı müğənni və biznesmen Emin Ağalarovun vəkili Skott Balber deyib ki, müdafiə etdiyi şəxs Amerikaya gedib prokuror Robert Müllerin suallarını cavablandırmağa borclu deyil.

Məlumatı

qazeta.ru

yayıb.

Skott Balber vurğulayıb ki, Robert Müllerin Emin Ağalarovu dindirmək istəyi onun üçün yeni deyil. Bu məsələ Amerika hakimiyyəti ilə müzakirə olunub:

“Biz xüsusi prokurorun komandası ilə artıq bir ildir əlaqədəyik. Odur ki, məlumat gözlənilməz olmadı. Biz danışıqları davam etdiririk, amma hələ bu işə aid həlledici mərhələyə çatmamışıq”.

Vəkilin sözlərinə görə, Müllerin komandası hansısa səbəbdən Moskvaya gəlmək istəmir:

“Bizim üçün gizlədilməli bir şey yoxdur. Əgər söhbət yeganə bir görüşdən gedirsə”.

Balber xatırladıb ki, söhbət 2016-cı ildə Moskvada Tramp Qalasının tikintisinin mümkünlüyündən gedir.

ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərindən sonra Rusiyanın hazırkı prezident Donald Trampın xeyrinə seçkilərə müdaxiləsi haqda rəsmi araşdırma başlayıb. Prezidentin keçmiş vəkili Maykl Koen bildirmişdi ki, Trampın oğlu Rusiya tərəfi ilə bu istiqmətdə danışıqlar aparıb. Və onun rəqibi Hillari Klinton barədə kompramatlar əldə ediləcəyi vədini alıb. Amma Ağ Ev keçmiş vəkilin dediklərini təkzib edib və bu barədə heç bir protokol və audioyazı yoxdur. Emin Ağalarov öz növbəsində haqqında deyilən ittihamları gülüşlə qarşılayıb və əsassız sayıb.

“Məni Amerika seçkilərinə təsirdə ittiham edirlər, qəribə səslənir. Məni, Moskvada yaşayan və Azərbaycandan olan birini. Ona görə ki, Donalt Trampı şəxsən tanıyıram. Bu, qəribə və gülünc ittihamdır”.

Ancaq Emin Ağalarov prezidentin oğluyla danışdığını təsdiqləyib:

“Bu, 2016-cı ilin iyununda olub. Ona rusiyalı vəkil Natali Veselinskoyla görüşdə kömək etmişəm”.

Ağalarov Trampla 2013-cü ildə Las-Veqasda tanış olduğunu deyib.

Emin Ağalarov Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşıdır. O, bu yaxınlarda Azərbaycanın xalq artisti adına layiq görülüb.

Ana səhifəXəbərlər”Emin Ağalarov amerikalı prokurorun suallarını cavablandırmağa borclu deyil”