Emil Məmmədovun işində gözlənilməz dönüş

Prokuror müttəhimlərin şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif edib

Source:


Prokuror müttəhimlərin şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif edib

Sentyabrın 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə iclas keçirilib. Prosesdə dövlət ittihamçısının çıxışı iştirakçılar üçün gözlənilməz olub.

Prokuror hər iki müttəhimin – E.Məmmədovun və “Demokratiyya Yardım” qeyri-hökumət təşkilatının üzvü Tofiq Qasımovun cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmamasını istəyib. O, müttəhimlərin şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilməsini, zaldan buraxılmasını və bir yana çıxmamaq haqda iltizam alınmasını təklif edib.

Məlumatı “Turan İA”-a E.Məmmədovun vəkili Fariz Namazlı bildirib.

E.Məmmədovun vəkilləri məhkəmədən ona bəraət verilməsini xahiş ediblər. T.Qasımovun vəkili prokurorun çıxışından razı qalıb.

Saat 17:00-da müttəhimlər çıxış edəcəklər.

E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi. Guya E.Məmmədovla T.Qasımovun rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəmələri barədə məmurların ifadələri bu şəxslərin həbsinə səbəb olub. Əvvəlcə T.Qasımov E.Məmmədovun əleyhinə ifadə verib, sonra bundan imtina edib.

E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır.

Ana səhifəXəbərlərEmil Məmmədovun işində gözlənilməz dönüş