Emil Məmmədov haqqında 3 ay həbs-qətimkan seçildi

Sənubər Məmmədova: “Emil Salyanda baş verən yeyintilərlə bağlı araşdırma aparıb prezidentə müraciət etmişdi”

Source:


Sənubər Məmmədova: “


Emil Salyanda baş verən yeyintilərlə bağlı araşdırma aparıb prezidentə müraciət etmişdi”

Mayın 14-də Salyan rayon Məhkəməsində Demokratiyaya Yardım İctimi Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqqında hökm çıxarılıb.

Məlumatı Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova Meydan TV-yə bildirib. Onun sözlərinə görə, həyat yoldaşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham olunur: “Bir müddət öncə Emil Məmmədovu polis idarəsinə çağırıb iki yerli məmurla üzləşdiriblər Guya Emil onlardan zorla pul istəyib. Halbuki, belə şey olmayıb. Ortada heç bir sübut yoxdur. Əksinə, Emil Salyanda baş verən yeyintilərlə bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə, prezidentə müraciət edib”.

Sənubər Məmmədova həyat yoldaşının həbsindən əvvəl onun təşkilatının üzvü Tofiq Qasımov həbs edilmişdi: “Emil onunla üzləşmədən sonra Tofiqə təzyiq edildiyini bildirdi. Güman ki, Tofiqdən Emilin əleyhinə ifadə alıblar”.

DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə də Tofiq Qasımovun Emil Məmmədovun əleyhinə ifadə verdiyini təsdiqləyib: “Tofiq Qasımov istintaqda etiraf edib ki, o, bu işləri üzvü olduğu «Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədovun tapşırığı əsasında həyata keçirib. Emil Məmmədovla bağlı rayonda yüksək vəzifə tutan iki nəfər də polisə müraciət edərək birinci şəxsin onlardan pul tələb  etdiyini bildiriblər. Belə olan halda sözügedən şəxsin də rayon polis idarəsinə çağırılması zərurəti yaranıb və Emil Məmmədov polis tərəfindən şübhəli şəxs qismində saxlanıb”.

Ana səhifəXəbərlərEmil Məmmədov haqqında 3 ay həbs-qətimkan seçildi