Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza Xilasetmə Xidmətində işləmiş Rafiq Hümbət oğlu Mustafayev nazirliyi məhkəməyə verib.
O, iş yerində bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş xəsarətlə əlaqədar 7 yanvar 2015-ci il tarixdən başlayaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla ömürlük zərərin əvəzinin ödənilməsi öhdəliyinin xilasetmə xidmətinin üzərinə qoyulması barədə iddia ərizəsi yazıb. 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsində iddia əsasında məhkəmə prosesi keçirilib. Lakin məhkəmə onun iddiasını rədd edib. Bundan sonra R. Mustafayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.