”Əmək yarmarkalarının səmərəliliyi çox aşağıdır”

Aytən Əlizamanlı: ”Ölkədə yeni iş yerlərinin açılması prosesi yavaşıyıb”

Source:


Aytən Əlizamanlı: ”Ölkədə yeni iş yerlərinin açılması prosesi yavaşıyıb”

“Azərbaycanda iş axtaran gənclərin yalnız 17,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məşğulluq mərkəzlərinə müraciət edir”.

“Transparency Azerbaijan”-nın apardığı sosioloji sorğular göstərir ki, respondentlərin 52 faizi əmək yarmarkaları barədə məlumatlandırılmayıb. 35 faizi bu haqda saytdakı xəbəri oxuduqdan sonra öyrənib, yalnız 10 nəfər həmin informasiyanı öz təşəbbüsü ilə  əldə edib.

“Turan” yazır ki, rəqəmlər ölkədə əhalinin məşğulluğunun artırılması mövzusuna həsr olunmuş “dəyirmi masada” açıqlanıb. Tədbir “Transparency Azerbaijan” QHT tərəfindən profilli dövlət qurumları ilə birgə təşkil edilib.

Çıxış edən müstəqil hüquqşünas Aytən Əlizamanlı bildirib ki, rəyi soruşulanların 76 faizi məşğulluq mərkəzlərinin fəaliyyətindən xəbərdar olsa da, onlar  kömək üçün bu xidmətə müraciət etmirlər:

“Boş iş yerləri haqqında işsizlər üçün əlçatan elektron məlumatlar bazasının yaradılması prosesini sürətləndirmək lazımdır. Bundan başqa, iş axtaran insanların onların ixtisaslaşması üzrə siyahısını tərtib etmək, işəgötürənlərlə görüş üçün şərait yaratmaq lazımdır. Bu, həmin mərkəzlərin işini xeyli sürətləndirər”.

Hüquqşünas sorğunun nəticələrinə əsasən, mərkəzlərin üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmədiyini deyir:

“Bu gün əmək bazarında kifayət qədər mürəkkəb vəziyyət yaranıb. İqtisadi böhran və investisiya proqramlarının ixtisar edilməsi fonunda müəssisə və şirkətlər istehsalın həcmini azaldıblar. Əgər ötən illərdə xülasə və vakansiyaların nisbəti üçün birə qədər idisə, bu gün iddiaçıların sayı xeyli artıb. Başqa sözlə, yeni iş yerlərinin açılması prosesi yavaşıyıb. İşə cəlbetmə saytlarının monitorinqi nəticələri göstərdi ki, onlar öz elanlarını çoxdan yeniləmir. Halbuki əmək bazarı müxtəlif ixtisaslı yeni kadrlarla zənginləşir”.

Aytən Əlizamanlı deyir ki, dövlət vəziyyətin normallaşması üçün xüsusi təşəbbüskarlıq və fəallıq göstərmir. İşlə təminetmənin yeni formaları yeni ideya və işsizlərə maliyyə dəstəyi göstəməyi tələb edir:

“Məsələn, nə üçün Qazaxıstanda olduğu kimi, gənclərə öz kəndlərində mini-biznes təşkil etməyə, regionlarda biznes məktəbləri şəbəkəsi yaratmağa kömək edilməsin? Orada, “Biznes Bastau” layihəsi çərçivəsində ölkə regionlarının 50 faizində biznes-məktəblər açaraq potensial sahibkarlar üçün məşğələlər  keçirirlər. 2014-2015-ci illərdə “Biznes-məsləhətçi” proqramının bütün iştirakçıları saynın 8 faizi öz biznesini açıb. Bu istiqamətdə proses davam edir”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Azər Mehdiyevin fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi əmək yarmarkalarının səmərəliliyi çox aşağıdır, onlar formal olaraq, “quş” üçün keçirilir:

“Çünki onların təqdim etdiyi vakansiyalar gənc mütəxəssisləri qane etmir. Buna görə də, bu cür  tədbirlərə, elə məşğulluq mərkəzlərinə də, maraq xeyli zəifləyib. Əmək bazarında qeyri-sabit vəziyyət şəraitində yerlərdə sahibkarlıq təşəbbüsünün inkişafı üçün şəraitin yaradılması, müstəqil məşğulluğa səmtləşdirmə əhəmiyyətli rol oynayır. Biznesin inkişafına mane olan amillər bunlardır: kənd sakinləri üçün kreditlərin əlçatmazlığı, sahibkarlıq haqqında məlumatın, həmçinin biznesin əsasları üzrə uzunmüddətli tədris proqramlarının olmaması, bürokratiya və inzibati maneələri “,  —  deyə ekspert vurğulayıb.

Azər Mehdiyev əmindir ki, hökumət insanların məşğulluğunu təmin etmək taktikasını dəyişməli, işsiz adamdan sahibkar və müvafiq olaraq, işəgötürən və vergiödəyicisi yetişdirməyə çalışmalıdır:

“Kəndlərdə yalnız rayon icra hakimiyyətinin işəgötürən olmasından ibarət dünənki paradiqmanı tədricən əsas işəgötürənin kiçik və orta biznesin olduğunu təsbit edən   modellə əvəz etmək lazımdır”.

Ana səhifəXəbərlər”Əmək yarmarkalarının səmərəliliyi çox aşağıdır”