Əmək qabaqcıllarına qızıldan orden veriləcək

“Azərbaycan prezidentinin bu təşəbbüsü dəstəklənməlidir”

Source:
Prezident pambıqçılarla, foto: prezident.az
Prezident pambıqçılarla, foto: prezident.az


“Azərbaycan prezidentinin bu təşəbbüsü dəstəklənməlidir”

Hüquq siyasəti və dövlət quruculuğu parlament komitəsi noyabrın 15-də keçirdiyi iclasında “Əmək” ordeninin təsis edilməsi haqda qanun layihəsini təsdiq edib.

Turan yazır ki, komitənin rəhbəri Əli Hüseynli bildirib ki, əmək qabaqcıllarının xidmətini qiymətləndirmək üçün Azərbaycan prezidentinin təşəbbüsü dəstəklənməlidir. I dərəcəli “Əmək” ordeni qızıldan hazırlanacaq. İkinci dərəcə gümüş, üçüncü dərəcə bürüncdən olacaq. Ordenlərdə aypara və ulduz təsvir ediləcək.

Sənəd Milli Məclisin plenar iclası zamanı müzakirə ediləcək.

Hikmət Hacızadə, foto: Cahangir Yusif

Layihəni gülüşlə qarşılayan siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə bildirib ki, bu cür xəbərləri yumor səhifəsinə qoymaq lazımdır: “Sovet dövründə iş vardı, zəhmetkeş vardı, onlara müvafiq ordenlər verilirdi və zəhmətkeşlərin 1 may bayramı keçirilirdi. İndi işsizlik baş alıb gedir, hətta Bakıda “Fəhlə heykəli”ni bir neçə il əvvəl götürdülər. Artıq sosializm də yoxdur. Ona görə mən təklif edirəm ki, layihəyə kapitalist əməyi qəhrəmanı sözlərini də əlavə etsinlər”.

H.Hacızadə güman edir ki, təklifi irəli sürənlər keçmiş partiya işçiləridir, yəqin ilk ordeni də özləri almaq istəyir.

Ana səhifəXəbərlərƏmək qabaqcıllarına qızıldan orden veriləcək