Əmək pensiyalarında artım necə olacaq?

Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb.

Source:


''Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək''

Ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılacaq. Bununla minimum əmək haqqı 180 manatdan 250 manata çatdırılacaq. Bu barədə iyunun 18-də Prezident İlham Əliyevin imzaladığı “Minimum əməkhaqqının artırılması haqqında” Sərəncamda deyilir. Bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq.

Bu, 2019-cu il ərzində prezidentin sərəncamı ilə minimum əməkhaqqında edilən ikinci artımdır. Bundan öncə martın 1-də minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı.

Ona-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən deyilib ki, yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub:

“Bu artım 660 min pensiyaçını əhatə edəcək. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb”.

Nazirlik bildirir ki, prezidentin 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək.

“Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq”.

“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir. 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir,” – bu sözləri isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev söyləyib. Nazir deyib ki, növbəti ilin yanvarın 1-dən indeksiya ilə bütün pensiyaçıların təqaüdləri 15 faiz artacaq. Nazir sonra bunun proqnoz olduğunu əlavə edib:

“Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir. Bunun nəticəsində, gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək. Qərar ümumi orta aylıq əmək haqqı artımı təsdiq olunandan sonra verilir. Lakin yanvarın 1-dən hesablanaraq ödənildiyinə görə, fevralın sonunda hər 2 ayın ödənişini birgə alırlar”.

Ana səhifəXəbərlərƏmək pensiyalarında artım necə olacaq?