Əmək pensiyaları ilə bağlı qanunlara dəyişikliklər edildi

Deputatlar, ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr ediləcək

Source:


Deputatlar, ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr ediləcək

Milli Məclisdə 13 qanunun “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılması məsələsinə baxılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir və əmək pensiyalarınnı tənzimlənməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, deputatlar, ombudsman, MSK üvləri və onların ailələrinin pensiyalarına yeni şərtlərlə əlavələr ediləcək.

Layihəyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir. Hazırda qüvvədə olan qanuna əsasən, bu müddət 5 ildir.

Uyğunlaşdırma xarakterli dəyişiklik “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Dövlət qulluğu haqqında”, “Yaşayış minimumu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Sosial sığorta haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, Seçki Məcəlləsinə , “Miqrasiya orqanlarında qullluqkeçmə haqqında Əsasnamə”, ””Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial müavinətlər haqqında” qanuna edilib.

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul olunub.

İqtisadçı Qadir İbarhimli Meydan TV-yə

deyib

 ki, son vaxtlar rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycanda müəyyən qrupun imtiyazlı zümrəyə çevrilməsi prosesi sürətlənir:

“Bu tendensiya vəzifə təyinatlarında da özünü göstərir, məsələn, hansısa deputatın qohumu rayon polis idarəsinin rəisidir. İkinci məqam isə həmin qrupa qanunvericilikdə güzəşt və imtiyazlar verilir. Sual yaranır; MSK üzvünün ailə üzvü niyə adi vətəndaşın ailə üzvündən fərqli imtiyazlara malik olmalıdır? Onların ailələrinə hər hansı imtiyazın verilməsi doğru deyil. Bu imtiyazlar müəyyən şərtlər daxilində verilə bilər. Yalnız Azərbaycanın ərazi bütövlüyü uğrunda yaxınlarını və sağlamlıqlarını itirən şəxslərə verilə bilər. Ancaq təqdim edilən zümrənin özləri də, ailə üzvləri də sağlamdırlar və əlavə imtiyazın verilməsi anormaldır”.

Ana səhifəXəbərlərƏmək pensiyaları ilə bağlı qanunlara dəyişikliklər edildi