”Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər təsdiqləndi

Rövşən Əliyev: ”Pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir”

Source:


Rövşən Əliyev: ”Pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir”

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. O, mayın 2-də bununla bağlı fərman imzalayıb.

Qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.

Qanuna 98 dəyişiklik təklif olunub.

Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.

Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib.

Beləliklə, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.“Əmək pensiyaları haqqında” qanun iqtisadçılar tərəfindən birmənalı qarşılanmamışdı.

Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev pensiya yaşının 65 yaşa qaldırılmasının demoqrafik vəziyyətə mənfi təsir edəcəyini və bunun sosial nəticələrinin olacağını demişdi:

“Xüsusən, 60 yaşdan yuxarı olan şəxslərin işlə təmin edilməsi kifayət qədər çətindir. Buna görə heç bir gəliri olmayan işsizlərin sayı artacaq. Pensiya yaşının artırılması hakimiyyətin yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir. Bu, öz növbəsində, ölkədə yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaracaq”.

Vüqar Bayramov foto sosial şəbəkə

Onun həmkarı Vüqar Bayramov isə APA-ya deyib ki, qanuna dəyişikliklərdə məqsəd büdcə vəsaitlərinə qənaət etməkdir. Çünki əmək pensiyası ilə bağlı yaş həddi artırılırsa, gələcəkdə potensial pensiyaya çıxanların sayında azalmalar baş verir ki, bu da büdcədən bu istiqamətə daha az vəsaitin ayrılmasına imkan verir:

“İndiki məqamda pensiya yaşının artırılmasını məqsədəuyğun hesab etmək olmaz. Əksinə, mövcud pensiya yaşının saxlanılması daha məqsədəuyğun olardı və bununla gələcəkdə potensial olaraq pensiya alanların sayında azalmalar qeydə alınmazdı”.

Ana səhifəXəbərlər”Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər təsdiqləndi