Əmək Müfəttişliyi xəbərdarlıq etdi

Qurum havanın temperaturu +41 dərəcə və daha yuxarı olarsa, açıq havada, sərinləşdirici qurğular olmayan örtülü məkanlarda bütün növ işlərin görülməsini dayandırmağı tələb edir

Source:

Qurum havanın temperaturu +41 dərəcə və daha yuxarı olarsa, açıq havada, sərinləşdirici qurğular olmayan örtülü məkanlarda bütün növ işlərin görülməsini  dayandırmağı tələb edir

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) havaların isti keçməsilə bağlı bütün müəssisələrə xəbərdarlıq edib.

Belə ki, qurum havanın temperaturu +41 dərəcə və daha yuxarı olarsa, açıq havada, sərinləşdirici qurğular olmayan örtülü məkanlarda bütün növ işlərin görülməsini  dayandırmağı tələb edir. İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla birgə fasilələrin verilməsi tələb olunur. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə müəyyən edilir, bütün fasilələr iş vaxtına daxil olunur və aylıq tarıf maaşına hesablanır.

Xidmət bütün işəgötürənlərə qanunvericiliyin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edib. Bu müddətdə əmək qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirəcəyi də bildirilir.

Xidmət bu tələblərə əməl edilmədiyinə görə işəgötürənlərin inzibati məsuliyyətə cəlb edilə biləcəkləri barədə xəbərdalıq  edib. Xidmət bununla yanaşı işəgötürən tərəfindən iş yerlərində əlverişli və təhlükəsiz iş şəraiti yaradılmadığı halda uyğun məbləğlərdə cərimələrin tətbiq olunacağını da nəzərə çatdırıb.

Ana səhifəXəbərlərƏmək Müfəttişliyi xəbərdarlıq etdi