Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək

Azad Cavadov: Banklarda əmanətlərin təqribən 80 faizi xarici valyutada, 20 faizi milli valyutadadır

Source:

Azad Cavadov: Banklarda əmanətlərin təqribən 80 faizi xarici valyutada, 20 faizi milli valyutadadır

Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

“APA-Economics” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir: “Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 milyon manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik”.

A. Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80 faizi xarici valyutada, 20 faizi milli valyutadadır.

Ancaq palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib ki, lisenziyası ləğv olunan banklarda ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.

İyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv olunması barədə qərar qəbul edib.

Ana səhifəXəbərlərƏmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək