Əmanətçilərinə 734 milyon kompensasiya ödənib

“Fond borcu borcla qaytarır”

Source:
Əmanətçilərin Sığortalanması Fondu
Əmanətçilərin Sığortalanması Fondu


“Fond borcu borcla qaytarır”

İyunun 7-də Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə 734 mln 131 min manat kompensasiya verib.

“Parabank” ASC-nin əmanətçilərinə 43 mln 220 min (kompensasiyanın 98,5 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 58 mln 968 min (85 faiz), “Kredobank” ASC-nin əmanətçilərinə 27 mln 771 min (99,9 faiz), “Dekabank” ASC-nin əmanətçilərinə 3 mln 087 min (98,7 faiz) manat kompensasiya verilib.

Bu vəsaitlər nəyin hesabına ödənir?

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, Əmanətlərin Sığortalanması Fondu kompensasiyanı öz hesabına yox, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödəyir:

“Bu kreditlər olmasa, Fond çoxdan müflis olmuşdu. İstisna deyil ki, bir gün Mərkəzi Bank ona kredit verməyəcək və bu baş tutacaq”.

“Fond borcla ödədiyi borcdan dəm vurur”

Əkrəm Həsənov deyir ki, buna görə də, Fond Mərkəzi Bankın hesabına qaytardığı sığortlanmış əmanətlərdən yox, müflis bankları necə ləğv etdiyindən danışmalıdır:

“Bu gün əsas problem odur. Fond isə borcla ödədiyi borcdan dəm vurur ancaq”.

Ana səhifəXəbərlərƏmanətçilərinə 734 milyon kompensasiya ödənib