”Əmanətçilərə açıq və utanmadan ”pulunuz batdı” deyirlər”

Banklarda əhalinin əmanəti 584,6 mln. manat azalıb

Source:


Banklarda əhalinin əmanəti 584,6 mln. manat azalıb

2017-ci il mayın 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 783,8 mln. manat olub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabata görə, apreldə ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb:

“Martla müqayisədə apreldə banklardakı depozitlərin məbləği 939,1 mln. manat və ya 5,93 faiz artıb. Apreldə əhalinin banklardakı əmanətlərinin həcmi 41,7 mln. manat və ya 0,6 faiz azalıb. Mayın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 847,5 mln. manat olub”.

Hesabatda bildirilir ki, ilin əvvəlindən əhalinin əmanətləri 584,6 mln. manat və ya 7,87 faiz azalıb.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, əmanətlərin azalmasının əsas səbəbi əhalinin banklara etimadının sarsılmasıdır:

“Bəli, müflis banklarda sığortalanmış əmanətlər kompensasiya edildi. Amma sığortalanmamış əmanətlər üzrə əmanətçilərə açıq və utanmadan “pulunuz batdı”, – deyirlər. Məsələn, “Bank Standard”da əhalinin 157 mln. manat əmanəti qalıb. Digər tərəfdən, hətta fəaliyyətdə olan banklar belə əmanətləri qaytarmır və onlara qarşı heç bir tədbir görülmür. “Atabank” bir xarici vətəndaşın 1 mln. dollarlıq əmanətini 1 ilə yaxındır ki, vermir.  Üstəlik məhkəmə qərarı ola-ola. Belə misallar çoxdur. Təbii, əhali belə hallardan xəbər tutur və banklarda pul qoymaqdan qorxur”.

Əkrəm Həsənov deyir ki, digər səbəb cari iqtisadi böhran şəraitində əhalinin gəlirlərinin azalmasıdır:

“Yəni insanlar yığdığını xərcləmək zorunda olduğu üçün əmanətlərini çıxarırlar”.

Ana səhifəXəbərlər”Əmanətçilərə açıq və utanmadan ”pulunuz batdı” deyirlər”