Əmanətçilərə 748 milyona yaxın kompensasiya ödənib

“Hələ 263 min 316 manat ödənilməmiş kompensasiya qalıb”

Source:
Əmanətçilərin Sığortalanması Fondu
Əmanətçilərin Sığortalanması Fondu


“Hələ 263 min 316 manat ödənilməmiş kompensasiya qalıb”

Əmanətlərin Sığortalanması Fondu 14 mln. 351 min manatdan artıq qorunan əmanət qaytarıb. Bu da ümumi kompensasiya öhdəliyinin 98,2 faizidir. Məlumatı Əmanətlərin Sığortalanması Fondu yayıb. Bildirilir ki, hələ 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 mln. 024 min manat olub. Bunun 26 mln. 995 min manatı qorunan əmanətlərdir. Həmin məbləğin 14 mln. 614 min manatı ödənib.

“Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 mln. 996 min manatdır. Onlardan 6 mln. 617 min manatı qorunan əmanətlərdir. Bu məbləğin isə 2 mln. 90 min manatı qaytarılıb.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manatdır. Onlardan 554 mln. 593 min manatı qorunur. Bu məbləğin isə 441 mln. 154 min manatı kompensasiya olunub.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manatdır. Onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 099 min manatı kompensasiya olunan əmanətlərdir.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb. Bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb. Bu müddətədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində bitib. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 mln. 400 min manatdan artıq kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq kompensasiya verilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində bitib. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 mln. 196 min manatdan artıq kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq kompensasiya verilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində bitib. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 088 min manatdan artıq kompensasiya ödənilib.

Fond 11 bank üzrə 747 mln. 793 min manatdan artıq kompensasiya ödəyib.

Ana səhifəXəbərlərƏmanətçilərə 748 milyona yaxın kompensasiya ödənib