Əmanətçilərə 740 milyona yaxın kompensasiya verilib

”Fond borcla ödədiyi borcdan dəm vurur”

Source:


”Fond borcla ödədiyi borcdan dəm vurur”

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə 739 mln 327 min manat kompensasiya ödəyib.

Xəbəri Əmanətlərin Sığortalanması Fondu yayıb.

“Parabank” ASC-nin əmanətçilərinə 43 mln 222 min (kompensasiyanın 98,5 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 63 mln 951 min (88 faiz), “Kredobank” ASC-nin əmanətçilərinə 27 mln 771 min (99,9 faiz), “Dekabank” ASC-nin əmanətçilərinə 3 mln 087 min (98,7 faiz) manat kompensasiya verilib.

“Atrabank” ASC-nin əmanətçiləri 14 mln 350 min (98,2 faiz), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 2 mln 004 min (96 faiz), “Yunayted Kredit Bank” əmanətçiləri 1 mln 807 min manat (84,7 faiz) “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 mln 191 min (97 faiz), “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min 440 manat (94, faiz), “Texnikabank” ASC-nin əmanətçiləri 120 mln 458 min (98,2 faiz) manat, “Bank Standart” ASC-nin əmanətçiləri 437 mln 510 min (99,2 faiz) manat kompensasiya alıb.

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə bildirmişdi ki, Əmanətlərin Sığortalanması Fondu kompensasiyanı öz hesabına yox, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödəyir:

“Bu kreditlər olmasa, Fond çoxdan müflis olmuşdu. İstisna deyil ki, bir gün Mərkəzi Bank ona kredit verməyəcək və bu baş tutacaq. Fond Mərkəzi Bankın hesabına qaytardığı sığortlanmış əmanətlərdən yox, müflis bankları necə ləğv etdiyindən danışmalıdır. Bu gün əsas problem odur. Fond isə borcla ödədiyi borcdan dəm vurur ancaq”.

Ana səhifəXəbərlərƏmanətçilərə 740 milyona yaxın kompensasiya verilib