Əmanətçilərə 725 mln 712 min manat ödənib

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə kompensasiya verib

Source:


Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə kompensasiya verib

Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 725 mln 712 min manat kompensasiya ödəyib.

Fondun məlumatına görə, “Parabank” ASC-nin əmanətçilərinə 43 milyon 175 min, “Zaminbank” ASC-nin əmanətçilərinə 54 milyon 362 min, “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 771 min, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manat  kompensasiya verilib.

“Atrabank” ASC-nin əmanətçiləri 14 milyon 280 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 milyon 974 min, “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 161 min, “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min 440, “Texnikabank” ASC-nin əmanətçiləri 120  milyon 433 min, “Bank Standard” KB-nin  əmanətçiləri 435 milyon 489  min  manat kompensasiya alıb.

Bütövlükdə 725 mln 712 min manat kompensasiya verilib.

Ana səhifəXəbərlərƏmanətçilərə 725 mln 712 min manat ödənib