Əmanətçilərə 725 milyon 525 min manat kompensasiya ödənilib

Ləğv prosesində olan bankların əmanətçilərinə də kompensasiya ödənişi başlanıb

Source:


Ləğv prosesində olan bankların əmanətçilərinə də kompensasiya ödənişi başlanıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə növbəti kompensasiya ödənişini edib.

Fondun məlumatına görə, fevralın 21-də “Parabank” ASC-nin əmanətçilərinə 43 mln. 175 min, “Zaminbank” ASC-nin əmanətçilərinə 54 mln. 356 min, “Kredobank” ASC-nin əmanətçilərinə 27 mln. 771 min və “Dekabank” ASC-nin əmanətçilərinə 3 mln. 86 min manat  kompensasiya ödənilib.

“Atrabank” ASC-nin əmanətçilərinə 14 mln. 280 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 mln. 974 min, “Bank Standard” QSC-nin əmanətçilərinə 435 mln. 313 min manat manatdan artıq kompensasiya verilib.

27 yanvar 2017-ci ildə ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənməsi ilə bağlı ərizələrin qəbulu başa çatıb. Bankın əmanətçilərinə 24 mln. 161 min manat kompensasiya ödənilib.

Fevralın 4-də isə ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənməsi üçün ərizə qəbulu başa çatıb. Əmanətçilərə 976 min 440 manat kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu fevralın 12-də bitib. Əmanətçilərə 120 mln. 433 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond 725 milyon 525 min manatdan artıq kompensasiya ödənilib.

Ana səhifəXəbərlərƏmanətçilərə 725 milyon 525 min manat kompensasiya ödənilib