Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın qorunan əmanətçilərinə kompensasiya ödəyib
Fondun məlumatına görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 935 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 461 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faiz), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faiz) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manat (ümumi kompensasiya öhdəliyinin 96 faizindən çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 188 min manatdan artıq kompensasiya verilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 270 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizdən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92 faizi) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 244 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 123 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 247 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 892 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98 faizi əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,571 mln. manatdan artıq kompensasiya ödənilib.