Əmanətçilərə 721 milyon manatdan artıq kompensasiya verilib

Ümumi kompensasiya öhdəliyinin 98 faizi əmanətçilərə ödənilib

Source:
Əmanətlərin Siğortalanması Fondu, foto: courtesy


Ümumi kompensasiya öhdəliyinin 98 faizi əmanətçilərə ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fondun məlumatına görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 914 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 421 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi),”Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 22 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 faizindən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 127 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizindən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92 faizi) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 243 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 80 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 204 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 433 mln. 483 min manat artıq kompensasiya ödənişi baş tutub.

Belə ki, ümumi kompensasiya öhdəliyinin 98 faizi əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,057 mln. manatdan artıq kompensasiya ödənilib.

Ana səhifəXəbərlərƏmanətçilərə 721 milyon manatdan artıq kompensasiya verilib