Əmanətlərin Sığortalanması Fondu bağlanan 9 bankın əmanətçilərinə 261 milyon 402 min manat kompensasiya ödəyib
Turan-ın məlumatına görə, “Parabank” ASC-nin əmanətçilərinə 32 milyon 570 min manat, “Zaminbank” əmanətçilərinə 49 milyon 004 min manat, “Kredobank” əmanətçilərinə 17 milyon 181min manat, “Dekabank” əmanətçilərinə 2 milyon 772 min manatdan artıq kompensasiya verilib.
Bundan başqa, “Atrabank” əmanətçiləri 13 milyon 282 min manat, “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri 1 milyon 699 min manat, “Bank of Azerbaijan” əmanətçiləri 24 milyon 091 min, “Gəncəbank” əmanətçiləri 925 min 721 manat, “Texnikabank” əmanətçiləri 119 milyon 878 min manatdan artıq kompensasiya alıb.