Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub

Foto: ƏƏSMN

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Anar Bayramov 1975-ci ildə doğulub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Rəşad Mustafayev isə 1978-ci ildə doğulub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru olub.

Ana səhifəSiyasətƏmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin olunub