Elxan Mehdiyev: Həmsədrlər vəziyyətin bu cür saxlanması üzərində çalışır

”Hakimiyyət Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, bu, onun konstitusion borcudur”

Source:


”Hakimiyyət Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, bu, onun konstitusion borcudur”

Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun

Alxanlı kəndi

ni atəşə tutması nəticəsində iki nəfər həlak olub, bir nəfər yalaralanıb.

Olayla bağlı ATƏT-nin Minsk Qrupunun həmsədrləri

bəyanat

yayıb.

Həmsədrlər təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Eyni zamanda bildirilir ki, zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir: “Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”.

Diplomatların bəyanatını Meydan TV-yə şərh edən konfliktoloq Elxan Mehdiyev bildirib ki, həmsədrlər Ermənistanın işğalınına son qoymaq yox, vəziyyətin bu cür saxlanılması üzərində çalışırlar:

“Ona görə regiona gəlməzdən öncə atəşkəsin möhkəmləndirilməsini, hələ irəliyə də gedərək, insdentləri araşdırma komissiyasının yaradılmasını proioritet elan ediblər. Bu baxımdan həmsədrlərin 5 iyul bəyanatları ona xidmət edir. Alxanlı kəndində zorakılıq baş verib, həmsədrlər də tərəfləri atəşkəsi dayandırmağa çağırıblar. Sanki zorakılıq indi baş verib. Həmsədrlərin deyə biləcəyi və edə biləcəyi bundan artıq olmayacaq. Amma onların bu cür operativ reaksiyaları tərəflərin üzərində nəzarəti saxlamaq məqsədi daşıyır”.

Elxan Mehdiyev rəsmi Bakının reaksiyasının da standart bəyanatlardan o tərəfə keçmədiyini düşünür:

“23 ildir Azərbaycan hökuməti eyni bəyanatları verir. Hər atəşkəs pozulanda belə bəyanatları eşidirik. Halbuki, hakimiyyət Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, bu, onun konstitusion borcudur. Bu borcu isə yerinə yetirmək əvəzinə atəşkəsə sadiq olduğunu söyləyir. Atəşkəsə sadiqlik ərazilərimizin işğalda qalması deməkdir. Çünki Ermənistan dinc yolla ərazilərimizi tərk etməyəcək. Ermənistan yalnız Şuşanın, Laçının, Kəlbəcərin onlara məxsus olması barədə Bakıdan bəyanat eşitdikdə, digər ərazilərimizi tərk edəcəklər, bu isə Azərbaycan üçün məğlubiyyətdir”.

Ana səhifəXəbərlərElxan Mehdiyev: Həmsədrlər vəziyyətin bu cür saxlanması üzərində çalışır