Bakı Ağır Cinayətlər Məhkəməsində cəbhəçi fəal Elvin Abdullayevin məhkəmə prosesi keçirilib. Prosesdə şahid ifadələri dinlənilib.Vəkil Əli Mehtiyev şəxsi axtarış haqqında protokolun sübutlar siyahısından çıxarmala bağlı vəsatət qaldırsa da, məhkəmə tərəfindən qəbul edilməyib. Şahid ifadələri zamanı məlum olub ki, Elvin Abdullayevi Sahil bağında səhər saatlarında həbs ediblər. Onun üzərində axtarış isə 8 saat sonra aparılıb.
Proses mayın 25-nə təxirə salınıb. Vəkil onu da qeyd edir ki, hal şahidləri yalnız axtarış zamanı Elvinin yanında olublar. Lakin Elvinin 8 saat harada olmasından xəbərləri yoxdur.
AXCP sədri Əli Kərimli qeyd edib ki, Elvin siyasi fəaliyyətinə görə şərlənib. Hal şahidlərinin saxta olduğunu deyən partiya sədri istintaq zamanı çəkilən videolardan da narkotikin Elvinin cibinə qoyulmasının aşkar göründüyünü deyib.
Elvin Abdullayevə irəli sürülən maddələrdə cəza kimi 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə və əmlak müsadirəsi nəzərdə tutur.