Elton Quliyev – 60 il (VİDEO)

Fevralın 28-i mərhum vəkil Elton Quliyevin 60 yaşı tamam olur.  Elton Quliyev 1956-cı ildə Ağdam şəhərində doğulub.

1977-1991-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə istəyilə daxili işlər orqanlarından çıxıb, öz ixtisası üzrə işləməyə başlayıb.

1996-cı ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub.

Elton Quliyev vəkil işlədiyi dövrdə adi işlərlər yanaşı,  daha çox siyasi işlərə çıxıb.  O, bir neçə nazirin, jurnalistlərin  vəkili olub.  Elton Quliyev keçmiş müdafiə naziri Rəhim Qazıyevin, keçmiş iqtisadi -inkişaf naziri Fərhad Əliyevin,  bloggerlər- Adnan Hacızadənin, Emin Millinin, gənc fəal Nigar Yaqublunun, jurnalist Seymur Həzinin, “Nida”çı gənclərin və bir çox başqalarının proseslərinə çıxıb. O, araşdırmaçı-jurnalist Xədicə İsmayılın müdafiəsinə qoşulan ilk vəkillərdəndir.

2014-cü ilin sonunda ona xərçəng  diaqnozu qoyulub. 2015-ci ilin əvvəlində Türkiyədə əməliyyat olunsa da, ötən ilin  16 dekabrında  vəfat edib.

Ana səhifəVideoElton Quliyev – 60 il (VİDEO)