Elşən Mustafayevin həbs müddəti uzadılıb

Məhkəmə qərarı istintaqın təqdimatı əsasında qəbul edib

Source:

Məhkəmə qərarı istintaqın təqdimatı əsasında qəbul edib

Aprelin 16-da Səbayel Rayon Məhkəməsi Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin həbs müddətini daha 4 ay uzadıb.

Vəkil Əfqan Məmmədovun “Turan”-a verdiyi məlumata görə, məhkəmə qərarı istintaqın təqdimatı əsasında qəbul edilib.

E.Mustafayev 2014-cü il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Qeyri-rəsmi məlumatlara görə, söhbət İranın xeyrinə casusluqdan gedir. Lakin hələlik buna sübut yoxdur.

Ana səhifəXəbərlərElşən Mustafayevin həbs müddəti uzadılıb