Elşən Mustafaoğlunun qayınatasının vəziyyəti pisləşib

İlahiyyatçının 3 azyaşlı övladı babalarının himayəsində idi

Source:
Elşən Mustafaoğlu, foto: sosial şəbəkə
Elşən Mustafaoğlu, foto: sosial şəbəkə


İlahiyyatçının 3 azyaşlı övladı babalarının himayəsində idi

İki ilə yaxındır ki, MTN təcridxanasında saxlanan ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun qayınatası Asim Qaragözov noyabrın 3-də kəskin ürək ağrıları və böyrək çatışmazlığı diaqnozu ilə Səhiyyə Nazirliyinin Cərrahiyyə İnstitutuna yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Elşən Mustafaoğlunun üç azyaşlı uşağı babaları Asim Qaragözovun himayəsində yaşayırdılar. Yaxın günlərdə Elşən Mustafaoğluya hökm oxunması gözlənilir.

Ana səhifəXəbərlərElşən Mustafaoğlunun qayınatasının vəziyyəti pisləşib