Komitə sədrinin Hizmət hərəkatına bağlı olduğu bildirilirdi
Dövlət başçısının 2 may sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, Elşad İsgəndərov 2012-ci ilin mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Bir neçə gündür ki, hakimiyyətə yaxın media orqanlarında Elşad İsgəndərov haqqında tənqidi məqalələr dərc olunurdu, tənqidlərdə onun Hizmət hərəkatına bağlı olduğu xüsusən qabardılırdı.