Elşad Hacıyev: “Sultan Dadaşovun 25 sutka cəza alması yalandır”

Sultan Dadaşov. Foto: screenshot

“Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil”

“Sultan Dadaşovun 25 sutka inzibati cəza alması xəbəri yalandır”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyevin sözlərinə görə, Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir:

“Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq”.

Aprelin 25-də sosial şəbəkələrdə “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobili idarə edən şəxsin motosiklet sürücüsünə təzyiq göstərməsini əks etdirən görüntü yayılıb.

Mətbuat prospektində qeydə alınan hadisənin videosunu zərərçəkən Murad Salmanın paylaşdığı bildirilir.

Videoda yolda hərəkət zamanı ona yol verməyən “Lexus”a etiraz edən motosiklet sürücüsünün daha sonra avtomobili idarə edən şəxsin aqressiyası və fiziki təzyiqinə məruz qaldığı əks olunub.

Videoda həmçinin görünür ki, avtomobil sürücüsü maşınla motosikleti idarə edənin ayağını bilərəkdən xəsarət yetirməyə çalışıb.

“Lexus” idarə edən şəxsin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşov olduğu bildirilir.

Ana səhifəXəbərlərElşad Hacıyev: “Sultan Dadaşovun 25 sutka cəza alması yalandır”