Elşad Hacıyev: Cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır

“Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir”.

Elşad Hacıyev. Foto: DİN


"Araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək"

Daxili İşlər Nazirliyi bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddiaları əsassız hesab edib.

Bu barədə Meydan TV-yə nazirliyin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev danışıb.

Elşad Hacıyev deyib ki, son günlər paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar aparılır:

"Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Adıçəkilən rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir. Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir".

E.Hacıyev əlavə edib ki, tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Hüquqşünas Jalə Bayramova iyunun 11-də Meydan TV-yə deyib ki, bu ay LGBTIQ+ vətəndaşlara qarşı 9 təzyiq hadisəsi

törədilib

.

Təzyiqlərə gəlincə, hüquqşünas deyir ki, bunlar müxtəlif növdə olub; küçədə, yolda gedərkən hücum edilib, döyməkdən tutmuş, yaşadıqları evlərdən zorla, sürüyə-sürüyə çıxarılmaya qədər və s.

Ana səhifəSosialElşad Hacıyev: Cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır