Elşad Hacıyev: Bakı metrosunda vətəndaşlardan COVID-19 pasportu tələb olunmur

“Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”

Source: google.az


“Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”

Bu gündən etibarən (13 avqust) Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb.

Xəbəri “Report”

yayıb

.

Bildirilir ki, polis vətəndaşda COVID-19 pasportunun olub-olmadığını yoxlayır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təkzib edib.

O deyib ki, ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır: “Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur”.

DİN sözçsüsünün sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Ana səhifəXəbərlərElşad Hacıyev: Bakı metrosunda vətəndaşlardan COVID-19 pasportu tələb olunmur